"Disney World" parkında iki avtobus toqquşub, çox sayda xəsarət alan var


Dünya 12 Dek 2018 07:41:00 478 0

"Disney World" parkında iki avtobus toqquşub, çox sayda xəsarət alan var

ABŞ-ın Orlando şəhəri (Florida ştatı) yaxınlığında "Disney World" parkının ərazisində iki avtobus toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "ABC" telekanalının yerli filialı xəbər verir.

Bildirilir ki, avtobusların toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanalara yerləşdiriliblər.