İsveçrənin Müdafiə Nazirliyinə ilk dəfə qadın rəhbərlik edəcək


Digərləri 12 Dek 2018 07:28:00 385 0

İsveçrənin Müdafiə Nazirliyinə ilk dəfə qadın rəhbərlik edəcək

İsveçrə tarixində ilk dəfə Müdafiə Nazirliyinə qadın rəhbərlik edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 5-də bu ölkənin parlamentində Federal Şuraya (hökumət) keçirilən seçkilərdən sonra departamentlərə (nazirliklərə) rəhbər vəzifələr üzrə təyinatlar olub. Federal Şuranın yeddi üzvü arasında aparılan səsvermə nəticəsində rəhbər vəzifələr üzrə bölgü aparılıb və Şuraya yeni üzv seçilən Xristian Demokrat Xalq Partiyasının nümayəndəsi Viola Amherd Müdafiə, Əhalinin Mühafizəsi və İdman Departamentinə rəhbər seçilib. İndiyədək müdafiə naziri olan Quy Parmelin isə iqtisadiyyat naziri olacaq.

Yeni seçilmiş müdafiə nazirinin qarşısında duran əsas məsələlərdən biri ölkənin Hərbi Hava Qüvvələri ilə bağlı yeni planları həyata keçirməkdir. Federal Şura yeni qırıcılar, hərbi avadanlıq və yer-hava raketlərinin alınmasına təxminən 8 milyard İsveçrə frankı xərcləmək niyyətindədir. Lakin siyasi düşərgələr arasında müdafiə xərclərinin həcmi ilə əlaqədar ziddiyyətlər mövcuddur və 2020-ci ildə bu məsələyə ümumxalq səsverməsində aydınlıq gətirilməlidir.