Xorvatiyada işçi qüvvəsi çatışmır


Dünya 12 Dek 2018 07:14:00 400 0

Xorvatiyada işçi qüvvəsi çatışmır

Xorvatiya boş iş yerlərinin qaldığı ölkəyə çevrilib. 4 milyon əhalisi olan ölkədə 30 min mütəxəssis çatışmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu daha çox paytaxtda özünü büruzə verir. Ən çox mütəxəssislərə səhiyyə və turizm sahəsində ehtiyac var. Xorvatiyanın 20 faiz ÜDM-i məhz bu sahələrdən asılıdır. Ekspertlərin fikrincə, işçi qüvvəsinin azalmasının əsas səbəbi ölkənin Avropa İttifaqına qoşulmasıdır. Xorvatiyada orta əmək haqqı 950 dollara bərabərdirsə bu rəqəm digər inkişaf etmiş Avropa ölkələrində daha çoxdur. Xüsusilə ali təhsil almış mütəxəssislərin çoxu ölkəni tərk edir.