XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu VİDEO


Digərləri 12 Dek 2018 05:30:00 360 0

XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu  VİDEO

Striminq xidmətlərində XX əsrə aid ən çox dinlənilən mahnı müəyyənləşib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Universal Music Group" mediaholdinqi öz "Twitter" hesabında məlumat paylaşıb.

Həmin mahnı Britaniyanın "Queen" rok qrupunun "Bohemian Rhapsody" adlı mahnısıdır və 1,5 milyard dəfəyə yaxın dinlənilib. "Variety" jurnalı qeyd edir ki, yeni rekordun qeydə alınmasına Fredi Merkurinin həyatından bəhs edən "Bohem Rapsodiyası" adlı bioqrafik dramın böyük ekranlara yol tapması olub. Film artıq "Qızıl Qlobus" mükafatına əsas namizədlərdəndir.

"Rok musiqi "çayı" axmaqda davam edir. Çox sevinirəm ki, bu gün bizim mahnılar maksimum səviyyədə dinlənilir", - deyə "Queen" qrupunun gitaraçısı Brayan Mey bildirib.