Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb


Digərləri 12 Dek 2018 05:17:00 420 0

Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb

Konqo Demokratik Respublikasında iyul ayının sonundan Ebola virusuna yoluxanların sayı 500-ə çatıb

Bakı. Konqo Demokratik Respublikasında iyul ayının sonundan Ebola virusuna yoluxanların sayı 500-ə çatıb. Trend-in məlumatına görə, bu barədə Konqonun Səhiyyə Nazirliyinin Twitter səhifəsində bildirilir. Məlumatda bildirilir: "Virusun aşkar edildiyi vaxtdan 500 yoluxma halı qeydə alınıb. Onlardan 452-si təsdiqlənib, 48-i isə yoxlanılır".