Çində 2035ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək


Dünya 12 Dek 2018 04:30:00 665 0

Çində 2035ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək

Çində artan sərnişin tələbatı nəzərə alınaraq, 2035-ci ilədək 216 yeni hava limanı tikilib istifadəyə veriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının ölkənin mülki aviasiya sahəsinin inkişafı ilə bağlı hesabatında qeyd olunub.

Proqnozlara əsasən, Çin 2035-ci ilədək hava nəqliyyatından istifadə edən sərnişinlərin sayına görə ABŞ-ı qabaqlayaraq, qlobal liderliyə yüksələcək. Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin hər 4 nəfərindən biri Çin vətəndaşı olacaq.