V4 sakinləri Yeni il ərəfəsində haraya getməyi xoşlayırlar


Digərləri 12 Dek 2018 02:30:00 424 0

V4 sakinləri Yeni il ərəfəsində haraya getməyi xoşlayırlar

"Vışeqrad dördlüyü" ölkələrinin əksər sakinləri il ərzində topladıqları vəsaiti Milad və Yeni il günlərində başqa ölkələrdə xərcləməyə üstünlük verirlər. Həmin ölkələrdən olan turistlərin ilin bu dövründə ən çox səfər etdikləri şəhərlərin reytinqində ilk yerləri Paris, London və Dubay, ekzotik məzuniyyət üçün ən ideal yerlərin siyahısında isə birinci yeri Banqkok tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Avropa sakinlərinin məzuniyyət keçirmək üçün üstünlük verdiyi yerlər barədə bu nəticə "Letuška.cz" serveri vasitəsilə aviabiletlər satışı haqqında məlumatlara əsaslanır.

Populyarlığa görə dördüncü, beşinci və altıncı yerləri Frankfurt, Vyana və Amsterdam tutur. "Invia.cz" turizm agentliyinin məlumatına görə, V4 ölkələrinin bu il Milad xaçaturan axşamını (Soçelnik, 24 dekabr) və ya Yeni ili xaricdə qeyd etməyə hazırlaşan sakinlərinin sayı keçənilki ilə müqayisədə 20 faiz çoxdur.