Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı aksiya keçirilib (FOTO)


Digərləri 12 Dek 2018 01:34:50 433 0

Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı aksiya keçirilib (FOTO)

Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib

Bakı. Vüqar İmanov – Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbir fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub. Tədbirin açılışında “Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün özlərinə qarşı qayğı hiss etməlidirlər. Onun sözlərinə görə, aksiyanın təşkilatçıları hər bir uşağı diqqət və qayğı ilə əhatə etməyə yönəlib. N. İsmayılova bildirib ki, Azərbaycanda xeyriyyəçiliyin keçirilməsi qeyri-adi hal hesab olunmur: “Bir çox insan köməyə ehtiyacı olanlara qarşılıqsız yardım edir. Hamımız bilirik ki, ağır xəstəlikləri olan uşaqlara, yaşlı insanlara və yaşayış şəraiti ağır olan insanlara dəstək lazımdır. Aksiyamız hamıya xatırladır ki, yanımızda köməyə ehtiyacı olan uşaqlar və yeniyetmələr var. Hər birimiz bu köməyi göstərmək, bir az vaxt ayırmaq, öz diqqətini, sevgisini, istliyini və qayğısını yönəltmək gücündədir”.