USAİD-lə gənclərin məşğulluğu müzakirə edilib (FOTO)


Digərləri 12 Dek 2018 00:35:47 645 0

USAİD-lə gənclərin məşğulluğu müzakirə edilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub.

Bakı. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəal dəstəyi USAİD-lə aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev USAİD-in missiya direktoru Caydev Sinqx ilə nazirlikdə keçirilən görüşdə bildirib. Görüşdə ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil də iştirak edib. S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun uğurlarından biri kimi, ölkəmizdə gənclər arasında da işsizliyin səviyyəsinin əhəmiyyətli şəkildə azaldığını vurğulayıb. O, gənclərin əmək bazarına inteqrasiyasına şərait yaradılması üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərini, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində birgə icra olunan layihələri qeyd edib.