Türkiyənin silah satışını kəskin artırmasının


Dünya 11 Dek 2018 23:54:00 372 0

Türkiyənin silah satışını kəskin artırmasının

Türkiyə haqlı olaraq silahlanma məsələsində ABŞ və NATO-dan asılılığı azaltmaq istəyir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatını şərh edən Koray Gürbüz bildirib.

Gürbüz qeyd edib ki, Türkiyə ABŞ və NATO-dan silah alarkən bir çoxunda sursat və ehtiyat hissələrinin tamamlanmasında çətinlik çəkir. Hazırda Yaxın Şərqdəki problemlərdən dolayı həm Avropa Birliyi ölkələri, həm ABŞ tərəfindən Türkiyə üzərində böyük bir təzyiq var. Türkiyə bu ölkələrdən silah alanda da təhvil-təslim prosesi uzun müddət çəkir. Bundan əlavə, Türkiyə kiçik bir vint hissəsini də aylarla gözləmək məcburiyyətində qalır. Misal olaraq, Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatını apararkən Konqres bəhanələr gətirərək Türkiyəyə silahların ehtiyat hissələrini satmayıb.