Trampa pis xəbər Kürəkəninin


Dünya 11 Dek 2018 23:59:00 674 0

Trampa pis xəbər  Kürəkəninin

ABŞ-da Demokratlar Partiyasından olan millət vəkilləri prezident Donald Trampım kürəkəni və müşaviri Jared Kuşnerin Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla əlaqələrinin araşdırılması məsələsini gündəmə gətiriblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, "New York Times" qəzeti jurnalist Camal Qaşıqçının ölümündən sonra Kuşner ilə Məhəmməd bin Salman arasındakı əlaqələri gündəmə gətirib. Qəzet bu iki şəxs arasında əlaqələrin güclü olduğunu və tez-tez söhbət etdiklərini bəyan edib. Müəllif yaxın zamanlarda demokartalardan olan deputatların Nümayəndələr palatasında Kuşner-Salman əlaqələrinin araşdırılmasına dair məsələ qaldıracaqlarını yazıb.

Qeyd edək ki, Prezident Trampın kürəkəni olan Kuşner eyni zamanda administrasiyanın Orta Şərq siyasətinin koordinatorudur. Yəhudi olan Kuşnerin İsraillə də çox yaxın əlaqələri var.

O, Məhəmməd bin Salmanla tez-tez təmas qurub.