Salyanda velosipedçini maşın vurub


Digərləri 11 Dek 2018 23:32:00 374 0

Salyanda velosipedçini maşın vurub

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu "VAZ-2106" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl də Salyanda velosipdçini maşın vurmuşdu.