İxlaslı alim şahın məmuruna tövhid dərsini belə keçdi


Digərləri 11 Dek 2018 23:40:00 483 0

İxlaslı alim şahın məmuruna tövhid dərsini belə keçdi

Böyük mücahid alim olan Seyyid Muhəmmədtəqi Bafəqi, Rza şahın zindanından azad olandan sonra Rey şəhərinə sürgün edilir. Nəql edirlər ki, bir gün evində əyləşmişdi və Rey şəhərinin rəisi evə daxil olur. Salam verdikdən sonra əyləşmək üçün icazə alır.

Əyləşəndən sonra deyir: "Ağa, mən özümdən yüksək vəzifədə olanlardan tərəfindən əmr almışam ki, sizin ehtiyaclarınızı təmin edəm".

Bu böyük alim tövhid əhli idi və deyir: "Sən kimsən ki, mənim ehtiyaclarımı ödəmək istəyəsən?".

Cavab verir: "Mən bu şəhərin rəisiyəm".

Alim deyir: "Mənim indi ehtiyacım vardır ki, bugünkü saf hava dəyişsin və yağış yağmağa başlasın. Sən mənim bu ehtiyacımı yerinə yetirə bilərsənmi?".

Cavab verir: "Xeyr. Bacarmaram".

Son.az deyerler.org-a istinadən bildirir ki, alim deyir: "Səndən yuxarı vəzifədə olanlar necə?".