Səudiyyə Ərəbistanı şahzadəsi necə uşaq olub?
Digərləri 11 Dek 2018 23:25:00 523 0
Səudiyyə Ərəbistanın varisi, şahzadə Məhəmməd bin Salman əl-Saud faktiki olaraq ölkənin lideridir. Şahzadəni krallığın həyatını dəyişəcək hökmdar adlandırırlar. Onun adı jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətlində hallandırılır. BBC-nin ərəbcə xidmətinin əməkdaşı Rəşid Sekkay gənc şahzadəyə 1990-cı illərin ortalarında ingilis dilini öyrətməsi barədə xatırələrini danışır.
1996-cı ildə mən Ciddədəki nüfuzlu "Əl-Ancal" məktəbində müəllim işləyirdim. Qəfildən mənə zəng gəldi. Ər-Riyadın qubernatoru şahzadə Salman ibn Abdul Əziz əl-Saud ailəsiylə birgə müvəqqəti olaraq bizim liman şəhərinə köçmüşdü.
Onun uşaqlarına ingilis dili müəllimi lazım idi. Gələcək monarx məktəb administrasiyası ilə əlaqə saxlayıb və tezliklə məni kral sarayına apardılar. Mən krallığın birinci nigahdan olan uşaqlarına - şahzadə Turkiyə, şahzadə Nayefə, şahzadə Xalidə və əlbəttə ki, şahzadə Məhəmmədə ingilis dili dərsi keçməliydim.
Mən şəhərin zəngin rayonunda yaşayırdım. Hər səhər saat 7-də sürücü məni evdən götürərək "Əl-Ancal" məktəbinə aparırdı. Dərs bitdikdən sonra isə məni saraya aparırdılar.
Rəşid Sakkay Ciddədəki "Əl Ancal" məktəbinin qapısında
Çoxlu təhlükəsizlik qapısından keçən avtomobil ideal şəkildə qulluq olunan bağlara sahib təmtəraqlı mülklərin yanından ötüb keçirdi. Bağa ağ uniformada olan şəxslər qulluq edirdilər.
Avtomobilllərin saxlanma yeri isə elit avtomobillərlə dolu idi. Məhz o zaman mən həyatımda ilk dəfə olaraq çəhrayı rəngdə "cadillac" gördüm.
Sarayda məni krallığın idarəçisi, şahzadə Məhəmmədlə yaxın və dost olan orta yaşlı Mansur əl-Şəhri adlı şəxs qarşıladı.
Ratsiya
Məhəmmədə mənim dərslərimdə oturmaqdansa sarayın mühafizəsiylə vaxt keçirmək daha maraqlı idi. Uşaqların arasında ən böyük olduğuna görə, o öz istədiyini edə bilərdi. Mən kiçik şahzadələrin diqqətini yalnız Məhəmməd olmayan vaxtı cəlb edə bilirdim.
Yadımdadır ki, o, sinif otağına mühafizəçilərdən götürdüyü ratsiya telefon gətirmişdi. Dərsdə oturan zaman o ratsiya vasitəsiylə qardaşları və mühafizəçilərlə danışırdı. Onlarla zarafatlaşır və arada mənim haqqımda cəsarətli atmacalar da atırdı.
Məhəmmədin atası Salman o zaman Ər-Riyadın qubernatoru idi
Hazırda 33 yaşlı şahzadə krallığın baş nazir postunu tutur. O, Səudiyyə taxtının gələcək varisidir. Ötən ildən bu yana faktiki olaraq ölkənin lideri olan Məhəmməd özünü müasir göstərməyə səy göstərir. Dini fundamentalistlərin qarşı çıxmasına baxmayaraq, şahzadə krallığın ehtiyacı olan iqtisadi islahataları və yetərincə mühafizəkar olan ölkədə liberallaşma proqramını həyata keçirməyə başlayıb.
Müşahidəçilər islahatları müsbət qiymətləndirsələr də, şahzadə Məhəmmədi insan haqqlarını pozmaqda - qonşu Yəməndəki sonsuz hərbi əməliyyatlara, Camal Kaşıkçının ölümü və Səudiyyə rəhbərliyinin İstanbuldakı ərəb konsulluğunda onunla bağlı səslənən fikirlərə görə tənqid edirlər.
Şahzadə Məhəmməd Səudiyyə Ərəbistanının xarici siyasət arenasındakı fəliyyətinə görə tənqid edilir