Körpələrdə qaz sancısının həll yolları


Digərləri 11 Dek 2018 23:05:00 335 0

Körpələrdə qaz sancısının həll yolları

Doğulduqdan sonra əsasən 20-ci gündən etibarən başlayan və 4-5 ay davam edən bilən qazlılıq dövr, sadəcə körpələri deyil, eyni zamanda ailələri də sıxıntıya salan bir vəziyyətdir.

QAZIN YARANMA SƏBƏBİ NƏDİR?

Son.az saglamolun.com-a istinadən bildirir ki, qaz, körpənin südü əmərkən udduğu havadır. Qazın az olması üçün döşün tünd hissəsinin (areolanın) körpənin ağzına qoyulması lazımdır. Körpələrdəki qaz sancısı, böyüklərdəki kimi dəyərləndirilib və çarə olaraq bir sıra dərmanlardan istifadə edililir. Ancaq, körpələrdəki qaz sancısının mexanizması böyüklərdə olandan fərqlidir. Qazı yaxşı çıxarılmayan körpə anasına 3 əlamət  göstərə bilər: Çox hıçqırıq tutar, qidalanma zamanı qarnından gurultu səsləri gələr və çox qaz çıxardar.

KÖRPƏLƏRDƏKİ QAZ SANCISININ SƏBƏBİ HƏRƏKƏTSİZLİKDİR.

- Bu səbəbdən hətta böyük adamlar da keçirdikləri əməliyyatdan sonrakı gün gəzdirilir və ya onlara gəzişmək tövsiyə edilir.

- Bu səbəbdən körpələr nəqliyyata minərkən sakitləşir və sancıları keçir.

- Bu səbəbdən 4-cü aydan etibarən körpə sağa-sola dönməyə başlayanda qazlılığı keçir. Bəzi uşaqların çevrilmə hərəkətlərini etməsi gecikdiyi üçün qaz sancısı da uzun çəkə bilir.

- Bu səbəblə insanlar 2-3 nəsil əvvəl körpələrdə qaz probleminə az rast gəlirdilər, çünki, körpələr indiki kimi sabit yataqlarda deyil, beşik və ya yellənən çarpayılarda yatdırılırdılar.

Əgər körpələrdə qazlılıq problemi istənilmirsə, körpə bir şəkildə hərəkət etdirilməlidir. Körpələrdə "qucağa öyrəşmə" adlı bir təhlükə mövzusu doğru deyil. Bu söz el uydurmasıdır.