İnsan öz ixtiyarı ilə ruhunu bədənindən çıxarda bilərmi?


Digərləri 11 Dek 2018 22:40:00 564 0

İnsan öz ixtiyarı ilə ruhunu bədənindən çıxarda bilərmi?

Ruhun bədəndən çıxmasına ölüm deyilir. İstər bu ani olsun, istərsə də uzun zamanlı. Ona görə də bəzən ruhun ixtiyari şəkildə bədənlə əlaqəsinin kəsilməsi də ölüm adlanır, ancaq ixtiyari ölüm. Bəs bu ölümü həyata keçirtməyi hər kəs bacarırmı?

Əlbəttə də ki, xeyr. Bu əməli görmək üçün insanın iman və təqvası o qədər yüksək olmalıdır ki, artıq ruhu bədənə ehtiyac duymaz və onunla əlaqəsini istədiyi zaman bəzən qısa müddətlə də olsa kəsər və mələkut aləminə qalxar. Allahı bəsirət gözü ilə müşahidə edər.

Yəni, insan bu işi öz ixtiyarı ilə yerinə yetirər. Bu məqamı İlahi peyğəmbərlər (ə) vəsilər (ə), ariflər və saliklər əldə etmişdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ixtiyari ölüm ariflər arasında ən çox bəhs olunan mövzulardandır.

Salik bu məqama çatmaq üçün nəfsi istəkləri ilə mübarizə aparar və nəfsini öz quluna çevirər. Özündə nəfsani ləzzət hisslərini öldürər və şəhvət hissini zəiflədər. Belə bir ölüm Allah saliklərinə məxsus bir ölümdür ki, bu işi dəfələrlə yerinə yetirərlər. Nəticədə İlahi qürb məqamına yaxınlaşar və yeni kamal sifətlər əldə edərlər.