Miqren əleyhinə 5 effektli metod


Digərləri 11 Dek 2018 22:35:00 428 0

Miqren əleyhinə 5 effektli metod

Miqren baş ağrıları arasında ən qəribəsi, ən dözülməzi və ən çətinidir.

Miqrenin səbəbi damarların sıxılması sayılır.

Miqren nevroloji tutmadır. Daha çox qadınlarda rast gəlinir, amma kişilər və uşaqlar da istisna deyil.

Son.az saglamolun.com-a istinadən bildirir ki, miqrenin 2 növü var: auralı və aurasız. Medicina.az miqren tutmalarından öncə və tutma zamanı köməyinizə gələcək sadə üsulları təqdim edir.

Auralı miqrendə göz önündə işıq ləkələri yaranır, görmə zəifləyir, hətta sanki itir, ürəkbulanma, qusma ola bilir.

Miqreni çağıran səbəblər: bəzi qidalar, alkoqol, gec yemək, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, nəqliyyat, kəskin qoxular, ətirlər, güclü işıq, menstruasiya, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması.

Bəzi insanlar miqren tutmasından əvvəlki gündə qıcıqlanma, yorğunluq, gücsüzlük, bəziləri isə əksinə güclü iştah və aktivlik, aqressivlik hiss edir.