Həzrət İsa Peyğəmbər xristianların dediyi kimi çarmıxa çəkilibmi?


Digərləri 11 Dek 2018 22:15:00 523 0

Həzrət İsa Peyğəmbər xristianların dediyi kimi çarmıxa çəkilibmi?

Xristian dininə görə, Həzrət İsa Peyğəmbər (ə) yəhudi alimləri tərəfindən Roma canişininə təhvil verilmiş və onun əmri ilə çarmıxa çəkilmişdi. Yüzilliklərdir ki, guya Həzrət İsanın (ə) çarmıxa çəkildiyi xaç xristianlığın simvolu sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, lakin Quran o həzrətin çarmıxa çıkildiyini inkar edir. Qurani-Kərimdə buyurulur: "(Onların lənətə düçar olmalarının bir səbəbi də:) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər" (Nisa, 157). Bəzi dini mənbələrdəki məlumatlara görə, Həzrət İsanı (ə) əsgərlərə təhvil vermiş satqın şəxsi İsa Peyğəmbərin (ə) əvəzinə çarmıxa çıkmişlər. Allah həmin şəxsin simasını Həzrət İsaya (ə) bənzətmiş və o, öz xəyanətinin cəzasını almışdı.