Lobyanın sağlamlığa 1001 faydası


Digərləri 11 Dek 2018 22:05:00 425 0

Lobyanın sağlamlığa 1001 faydası

Lobya çox qiymətli və faydalı məhsuldur.

Lobyanın tərkibində bir çox faydalı maddələr var. Lobya tərkibində olan zülalın miqdarına görə ətə və balığa yaxınlaşır. Məhz bu səbəbdən həkimlər hal hazırda qırmızı ətin əvəzinə daha tez-tez paxlalıları (lobya, noxud və s.) yemək tövsiyə edirlər.

Geniş araşdırmalar nəticəsində sübut olunub ki, qırmızı ətin həddindən artıq miqdarlarda qəbulu insan sağlamlığı üçün ziyanlıdır. Həkimlər paxlalıları həftədə 2-3 dəfə yeməyi tövsiyə edirlər.

Lobyanın tərkibində müxtəlif orqanik turşular, karotin, C, B1, B2, B6, PP, E vitaminlər, müxtəlif minerallar (xüsusilə mis, sink, kalium, kükürd, dəmir, yod, fosfor), digər faydalı maddələr (triptofan, lizin, tirozin və s.) var.

Son.az saglamolun.com-a istinadən bildirir ki, lobyanın istehlakı immun sistemimizə çox müsbət təsir edir.

Sidikqovucu təsirinə malik olan lobya, xüsusilə onun qırmızı növləri, sidik kisəsini və sidik yollarınına müsbət təsir edir.

Lobya dişlərin və damaqların sağlamlığı üçün çox faydalıdır.

Lobya nəfəs yollarını selikdən təmizləyir.

B qrupu vitaminlərlə zəngin olan lobya sinir sistemi üçün çox də faydalıdır - sakitləşdirir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.