“Yasir Ərəfatın qətlinə sifarişi Corc Buş verib” –


Dünya 11 Dek 2018 21:58:00 606 0

“Yasir Ərəfatın qətlinə sifarişi Corc Buş verib” –

Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfatın müşaviri Besam əbu Şərif FAT başçısının Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən öldürüldüyünü iddia edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Əbu Şərif ABŞ prezidenti Corc Buşun İsrail başçısı Ariel Şaronun Səudiyyə rəsmiləri ilə görüşündən sonra Ərəfatın öldürülməsi göstərişini verdiyini bildirib.

Qeyd edək ki, Yasir Ərəfat 1994-2004-cü illərdə Fələstin Azadlıq Təşkilatının lider olub. O, 2004-cü ildə Fransadakı (Paris) xəstəxanada vəfat edib.