Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir


Digərləri 11 Dek 2018 21:35:00 590 0

Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir

Son illər uşaq bezləri və qadınlar üçün menstruasiya bezlərinin davamlı reklamı, bu məhsulları istehsal edən yeni markaların yaranması, insanların qənaət məqsədilə daha ucuz vasitələrə qaçması həm uşaqlar, həm gənc qız və qadınlar arasında genital nahiyədə dəri problemlərinin əhatəsini genişləndirib.

Son.az medicina.az-a istinadən bildirir ki,dermatoloq Mübariz İsmayilovun dediyinə görə, uşaq bezləri və ginekoloji bezlər dəriyə qıcıqlandırıcı təsir göstərərək kontakt dermatit əmələ gətirə bilər.

" Əgər insan həmin qıcıqlandırıcı, keyfiyyətsiz və ya dəriyə uyğun olmayan vasitəni istifadə etməyə davam edərsə, ağırlaşmalar kimi ikincili infeksiya və göbələklərin inkişafına səbəb ola bilər. Ona görə bu bezlərdən istifadə zamanı dəridə hər hansı qızartı, səpki, qaşınma baş verərsə, o bezin istifadəsi dayandırılır və həkimə müraciət olunur.