Mədəniyyət nazirinin müavini YUNESKO Komitəsinin sessiyasında iştirak edir FOTO


Digərləri 11 Dek 2018 21:29:00 387 0

Mədəniyyət nazirinin müavini YUNESKO Komitəsinin sessiyasında iştirak edir  FOTO

Fransanın paytaxtı Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası öz işinə başlayıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən xəbərə gröə, sessiyada mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya 20 oktyabr 2005-ci il tarixində qəbul olunub. Sözügedən konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olub.


Xəbərə aid fotolar