Qadın kimlərin yanında hicaba riayət etməyə bilər?


Digərləri 11 Dek 2018 21:15:00 659 0

Qadın kimlərin yanında hicaba riayət etməyə bilər?

Şəriətə görə qadın bütün naməhrəm kişilərin yanında hicaba riayət etməlidir. Yalnız məhrəm kişilərin yanında əxlaq normalarını və adət-ənənəni pozmamaq şərti ilə qadın hicabsız gəzə bilər.

Son.az islam.az-a istinadən bildirir ki, qadın üçün məhrəm olan kişilər bunlardır: ata, baba, əmi, dayı, atanın və ananın əmisi və dayısı, oğul, nəvə, qardaş, qardaşın oğlu və nəvəsi, bacının oğlu və nəvəsi, qaynata, kürəkən. Bu deyilənlərin bir qismi ögey qohumluq və süd qohumluğuna da şamildir. Digər şəxslər qadına naməhrəm sayılır. Məsələn, qaynata məhrəm olsa da, qayın naməhrəmdir. Dayı və əmi məhrəm olsalar da, dayıoğlu və əmioğlu naməhrəmdirlər.