Layihə meneceri: "TAP təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər"


Digərləri 11 Dek 2018 20:41:00 483 0

Layihə meneceri: "TAP təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər"

Transadriatik qaz kəməri (TAP) təbii qaz qiymətlərinə müsbət təsir göstərə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın Albaniyadakı meneceri Mikele Elia deyib.

O bildirib ki, 4,5 milyard avro ümumi dəyəri olan TAP dünyanın ən vacib infrastruktur layihələrindən biridir.

M.Eilanın sözlərinə görə, TAP layihəsinin 80 faizdən çoxu reallaşdırılıb və bu layihə keçdiyi ölkələrdə yeni iş yerlərinin yaradılmasını və investisiyaların cəlb olunmasını təmin edib.