Artıq qarın piyindən qurtulmağın yolu tapıldı


Digərləri 11 Dek 2018 20:49:00 487 0

Artıq qarın piyindən qurtulmağın yolu tapıldı

Alimlər qarın nahiyəsində daxili orqanları əhatə edən piydən qurtulmağın yeni üsulunu tapıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 10 qram həll olunan sellülozdan istifadə beş ilə qarın piyinin 3,7 faizini yox etməyə kömək edir.  Həll olunan sellüloz başlıca olaraq yulaf, arpa, müxtəlif çərəzlərdə, paxla və lobyanın tərkibində olur. Üstəlik, belə ərzaq növləri ilə qidalandıqda insan tez doyur və iştahasına asan nəzarət edə bilir.

Monozənginləşdirilmiş yağlardan istifadə (zeytun yağı, avokado və bəzi çərəzlərin tərkibində olur) qarın nahiyəsində piy təbəqəsinin qismən kiçilməsinə yol açır. Kərə yağı, mal, qoyun, donuz və quş ətinin tərkibində olan yağlar isə əksinə, artıq piylərin əmələ gəlməsinə təkan verir.