Qaradağda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 11 Dek 2018 20:15:00 384 0

Qaradağda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Bakı. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə ilk öncə ulu öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunub. Tədbiri giriş nitqi ilə açan S.Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. S.Mikayılov ulu öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.