Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 11 Dek 2018 19:57:56 423 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 130-180 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, dekabrın 10-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 247 m3/s olmaqla ongünlük normanın 157 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 178 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.