Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək


Digərləri 11 Dek 2018 19:44:00 376 0

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək.

Bakı. Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev tərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib. K.Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin