Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?


Digərləri 11 Dek 2018 19:34:00 800 0

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gerçəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq sürücülük vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər.

Son.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin oxu.az-a verdiyi məlumata görə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir:

"Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarəyə götürərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir".

R.Quliyev onu da bildirib ki, respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir: