Səbaildə əl qumbaraları tapılıb (FOTO)


Digərləri 11 Dek 2018 19:22:00 516 0

Səbaildə əl qumbaraları tapılıb (FOTO)

Qumbaralar zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bakı. Paytaxtın Səbail rayonunda 2 ədəd əl qumbarası (F-1 və DM-41) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu, 2-ci bağlar döngəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.