Bilik Fondu bölgələrdə və paytaxtda ümummilli liderin anım mərasimlərini keçirib (FOTO)


Digərləri 11 Dek 2018 19:11:00 427 0

Bilik Fondu bölgələrdə və paytaxtda ümummilli liderin anım mərasimlərini keçirib (FOTO)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Bakı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir. Bilik Fondundan Trend-ə verilən məlumata görə, bütün bölgələrdə və paytaxtda ulu öndərin anım mərasimləri təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu məqsədlə respublikasının müxtəlif idarə, təşkilat və müəssisələrində konfranslar və "dəyirmi masalar", mühazirələr və təqdimatlar keçirib. Tədbirlər Fondun şəhər və rayonlar üzrə nümayənədələri, Bilk Evlərinin dəstəyi, tanınmış ictimai xadimlərin iştirakı ilə keçirilib. Dekabrın 10-da Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda keçirilən tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında baş tutub. İcra Hakimiyyətinin təmsiçiləri, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və hakim partiya üzvlərinin iştirakı ilə gerçəkləşən tədbirdən öncə təşkilatın sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov Bilik Fondunun nümayəndələri ilə görüşərək, qurumun həyata keçirdiyi layihələri yaxından izlədiyini və əhalinin maarifləndirilməsi işinə dəstək verməyə hazır olduqlarını vurğulayıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev tədbirdə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin xalqın rifahı, vətənin çiçəklənməsi, dövlətin möhkəmlənməsi naminə göstərdiyi böyük xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının, xalqın dövlətə inamının, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib. Görüşdə Fondun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zaman və lider” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra M.Qəribov “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib. Natiq müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verib.