Bədbəxtlikdən qorunmaq istəyirsinizsə...


Digərləri 11 Dek 2018 19:04:00 524 0

Bədbəxtlikdən qorunmaq istəyirsinizsə...

Hər düşüncənin bir tezliyi var. "Niyə bu iş mənim başıma gəldi" sualının içərisində olan həqiqət əslində nədir? Şüuraltında sloqanlaşan bu düşüncənin tezliyi hadisələri maqnit kimi özünə çəkir. Beyin dalğası tetra ilə bu siqnalı yaymaqla hadisələrin xəbərindən mübtədasına çevrilirik...

Fikirləşin, nə baş verir, o qədər olur ki, "mən bilirdim", "gözləyirdim", "fikirləşdiyim başıma gəldi", - deyə heç təəccüblənmirik. Demək ki, təsadüf yoxdur. Burada ən böyük problem insanın nələr istədiyindən çox, nələr istəmədiklərini düşünməsidir. Özünü yaxşı hiss etməyən insanın kosmosa yolladığı siqnal budur: qorxuram, ehtiyat edirəm, bu, baş verə bilər.

Əslində bu neqativ enerjinin bumeranq effekti yaradan hadisəsidir. Bu siqnal koridoru genişləndikcə orqanizmdə maddələr mübadiləsi pozulur, hipotalamusun informasiya kanalları - çakralar bloklanır.

Tibb elminin "hipotalamus" dediyi, fəlsəfənin "bəsirət gözü" adlandırdığı bu beyin vəzisi "insan toxumu" adlandırılır. Bu barədə Həllac Mənsurun, Mühyiddin İbn əl-Ərəbinin, Mövlana Cəlaləddin Ruminin əsərlərində, Quranda, Albert Eynşteynin qeydlərində xeyli istinadlar var. Hansı ki, Albert Eynşteynin "nəsə var, biz bunu elmlə sübut etməkdə aciz qaldıq" dediyi məsələlərdəndir.

Düşünək. Niyə başımıza gələn hadisələr fərqli zamanlarda təkrar olunur, yenidən hadisələrin başqa şəkildə ahənginə düşürük? Çünki hadisələrdə insanlar dəyişir, hadisənin özü dəyişmir. Ona görə dəyişmir ki, beyin neqativ dalğalar üzərində köklənib, beyin vəzisinə yüklənən informasiya bütün bədənə qanda olan atom zərrəcikləri ilə ötürülür.