Velosipedçimiz Portuqaliyada 3-cü oldu


Digərləri 11 Dek 2018 19:00:00 531 0

Velosipedçimiz Portuqaliyada 3-cü oldu

Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub.

Bakı. Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub. Trend-in məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışı Azərbaycanın Elit yığma komandasının üzvü Sergey Omelçenko üçün uğurlu nəticə ilə yadda qalıb. Keyrin növündə mübarizə aparan təmsilçimiz təsnifat yürüşünü inamla keçərək final mərhələsinə vəsiqə qazanıb. Həlledici yürüşdə İspaniya və Kanadanın 2, İtaliyanın isə 1 idmançısı ilə mübarizə aparan velosipedçimiz finiş xəttini 3-cü keçib və Anadia turnirinin bürünc medalına layiq görülüb. İtaliyalı Francesko Sesi 1-ci, ispan Xose Moreno Sançes isə 2-ci olub.