Zığda yolu keçən piyadanı maşın vurdu


Digərləri 11 Dek 2018 18:51:55 396 0

Zığda yolu keçən piyadanı maşın vurdu

Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub

Bakı. Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 23 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində qəsəbə sakini Tural İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İlkin Zamanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.