“Partlayıb, evin tavanı da çöküb” Şamaxıda şürüşmə ailələri EVSİZ QOYDU


Digərləri 11 Dek 2018 18:34:00 564 0

“Partlayıb, evin tavanı da çöküb”  Şamaxıda şürüşmə ailələri EVSİZ QOYDU

"Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza"

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.

Alim Gərayev - kənd sakini: "Əvvəllər az idi, indi artıb. Evdə çatlar çoxalıb, tavan çöküb. Yağış evə dolub".

Yusif İsmayılov - kənd sakini: "Evimin arxa hissəsi partlayıb. Hər gün ölçürəm bir və ya yarım ssantimetr sürüşmə olur".

Kənd sakini: "Ev, tövlə aşıb. Üç otaq yoxdur. Hamsı çatlaq-çatlaq olub".


Xəbərə aid fotolar