Türkiyə və Azərbaycan arasında sənəd təsdiq edildi


Siyasət 11 Dek 2018 17:24:00 637 0

Türkiyə və Azərbaycan arasında sənəd təsdiq edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.

Son.az