Rusiyalı ekspert: "Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir"


Dünya 11 Dek 2018 17:04:00 645 0

Rusiyalı ekspert: "Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir"

Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azernews"a müsahibəsində rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

Onun sözlərinə görə, N.Paşinyan ilk növbədə Rusiya ilə dialoq qurmalıdır:

"Bu, yeganə çıxış yoludur. Digər ölkələrə Yerevan lazım deyil və yeni hakimiyyət əbəs yerə qərb ölkələrinə və onların köməyinə ümid bəsləyir. Moskva müdaxilə etməsə, ölkəni hissə-hissə satacaqlar, əhali isə oranı tərk edəcək".