Bakıda yeni Stand Up layihəsinə start verilir


Digərləri 11 Dek 2018 17:09:00 412 0

Bakıda yeni Stand Up layihəsinə start verilir

Son illərdə "Stand Up" adlanan komediya janrı bütün postsovet məkanında fəal inkişaf edir. Bu populyar hərəkat Azərbaycandan da yan keçmədi.

Stand Up - elə bir komediya janrıdır ki, orada komik  birbaşa canlı auditoriya qarşısında çıxış edir və adətən tamaşaçılara öz problemləri və ya gündəlik həyatda hansısa müşahidələri barədə danışır.  Bu janr daha çox 60-ci illərdə ABŞ-da yayılıb və inkişaf edib.

Son.az xəbər verir ki, Bakıda bir neçə dəfə sözügedən janr formatında konsertlər keçirilib. Lakin dəfələrlə Rusiyada ölkəmizi layiqincə təmsil edən "AzNeft" KVN komandasının gənc və istedadlı üzvləri Azərbaycanda bu komediya janrına yeni həyat verməyə qərara gəldilər. Onlar Stand Up-ın ölkımizdə inkişafına yönələn yeni bir lahiyəyə start verirlər.