Su Polisindən daha bir alqışlanası addım


Digərləri 11 Dek 2018 16:54:00 423 0

Su Polisindən daha bir alqışlanası addım

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatında Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları  ölkə ərazisində bir neçə şəxsi standartlara uyğun olmayan kustar üsulla hazırlanmış, antisanitar qaydalara riayət edilmədən sobada hisə verilmiş balıq məhsulları, ev dovşanları, bildircinlər və digər heyvanları hazırlayarkən tutub.

İdarədən Son.az-a verilən məlumata görə, insan sağlamlığına ciddi zərər vuracaq qədər natəmiz şəraitdə hazırlanan və əhaliyə satılan bu məhsulların heç bir dövlət qurumundan sənədi yoxdur. İdarənin əməkdaşları tərəfindən sadalanan heyvanları hisə verilmiş şəkildə satışa cixaran Vüqar Səmədov və Rövşən Zahidli haqqında hazırda Su Nəqliyyatı Polis İdarəsində araşdırma aparılır. İdarə əməkdaşları qeyd olunan antisanitar şəraitdə hazırlanan balıq növləri, ev dovşanları, bildirçin və digər heyvanların hazırlandığı məkanı videolentə almaqla yanaşı, bu cür üsulla hazırlanan məhsulların insan sağlamlığına ciddi zərər vurulduğu hər iki şəxsin nəzərinə çatdırıblar. Adları çəkilən hər iki şəxs barədə Azərbaycan  Respublikasının  qanunvericiliyinə əsasən müvafiq ölçü  goturuləcək.

Su Nəqliyyatında Polis İdarəsi əhaliyə səslənərək satılan bu cür məhsulları alarkən çox diqqətli olmağa çağırır. İdarə əməkdaşları ölkə ərazisində bu cür halların qarşısının alınması naminə reydləri davam etdirir. Məlumatda o da bildirilir ki, Su polisi dəniz kənarındakı qum, balıqqulaqlarını oğurlayan, dənizə qanunsuz körpülər salan, eləcə də dənizə qum tökməklə dənizi qurudanlara qarşı da reydlər həyata keçirəcək. Pünhan Mirzə Son.az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar