Mövsümün beşinci avtoqolu...


İdman 11 Dek 2018 16:51:00 800 0

Mövsümün beşinci avtoqolu...

Goal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu dəfə Zirə-nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, XIV turun Qarabağ-la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir. O, KeşləSumqayıt-la goruşlərdə “fərqlənib”. Zirə-nin üzvlərinin üç avtoqolundan başqa Qarabağ və Sumqayıt-ın oyunçuları da öz qapısına qol vurub. 

Topaz Premyer Liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb.

Sonuncuların qapıçısı Mehdi Cənnətov Keşlə, Qarabağ-lı Abbas Hüseynov Neftçi ilə görüşdə rəqibini sevindirən qolu vurub.