Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? (FOTO)


Digərləri 11 Dek 2018 16:55:43 350 0

Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşir. Yardımçı təsərrüfat obyektinin ümumi faydalı sahəsi 200 kv.m-dir. Dövlət əmlakının geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi investorun kənd təsərrüfatı üzrə fəaliyyətində əlavə imkanlar yarada bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsindəki mağazanın isə ümumi faydalı sahəsi 34.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Sabunçu və Binəqədi rayonlarında yerləşir. Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsindəki obyektin ümumi faydalı sahəsi 287.9 kv.m-dir. Bu qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs onu xidmət və ya ofis obyekti kimi istifadə edə bilər. Biləcəri qəsəbəsində yerləşən obyektin isə ümumi faydalı sahəsi 35.5 kv.m-dir.