Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək


Siyasət 11 Dek 2018 15:32:00 714 0

Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək

Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar simfonik orkestrin konserti təşkil ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, konsert dekabrın 12-də İstanbulda "Cemal Reşit Rey" konsert salonunda "Bir millət, iki dövlət" adı altında keçiriləcək.

Konsertdə Azərbaycan və Türkiyə xalq mahnıları ilə yanaşı, Üzeyir Hacıbəylinin "Koroğlu", "Arşın mal alan" əsərlərindən hissələr səsləndiriləcək.