Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək?


Digərləri 11 Dek 2018 15:27:00 374 0

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək?

Gələn ildən dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı söz-söhbətlər gəzir.

Son.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a deyib ki, gələn ildən dövlət xəstəxanalarında xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Bu, əhalini narahatlığa yönəldən təxribatçı bir məlumatdır. Amma icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dövlət xəstəxanalarının bir qismi ola bilər ki, publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxs o demək deyil ki, pullu xidmət göstərəcək. Publik hüquqi şəxs o deməkdir ki, xəstəxanalar sığorta fəaliyyətinə cəlb olunacaq və vətəndaşın müayinə, müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək".

Deputat bildirib ki, ola bilər ki, sığorta qanunvericiliyində dəyişiklik olsun və müayinənin, müalicənin cüzi bir hissəsi vətəndaş tərəfindən ödənilsin.