YAP nümayəndələri Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Digərləri 11 Dek 2018 15:00:00 729 0

YAP nümayəndələri Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.


Xəbərə aid fotolar