Vasif Talıbovun sabiq müavini vəfat etdi


Digərləri 11 Dek 2018 15:05:00 591 0

Vasif Talıbovun sabiq müavini vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sabiq birinci müavini Abutalıb Qasımov vəfat edib.

Son.az xəbər verir ki, bu barədə report-a mərhumun qohumları məlumat veriblər.

A.Qasımov Culfanın Saltaq kəndində dəfn edilib.

Xatırladaq ki, A.Qasımov 1956-cı ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 1994-1995-ci illərdə Naxçıvanın təhsil naziri, 1995 - 2000-ci illərdə Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub.