İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular


Digərləri 11 Dek 2018 15:02:21 566 0

İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər. Trend-in məlumatına görə, özlərinin “ThermoNorth” adlı startup layihələrilə qalib gələn tələbələrə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı təqdim olunub.