Google işçilərinə şəhərcik tikəcək,


Digərləri 11 Dek 2018 14:37:00 381 0

Google işçilərinə şəhərcik tikəcək,

Dünyanın ən böyük texnologiya şirkətlərindən olan Google korporasiyası ABŞ-ın Kaliforniya ştatındakı Mauntin Vyu şəhərində 1 milyard dollar verərək 12 ofis binası satın almışdı. İndisə isə korporasiya əməkdaşları üçün şəhərcik inşa edəcəyini bildirib.

Son.az ABC-yə istinadən xəbər verir ki, korporasiyanın əməkdaşları üçün inşa edəcəyi yeni kampus şəhərin Norts Beyşor səmtində olacaq. Burada 290 min kvadrat metrlik sahədə şəhərcik salınacaq. Şəhərcikdə 8 min ev və 37 min kvadrat metr sahədə restoranlar, kafelər, ofislər və s. olacaq. 14 hektarda müxtəlif ictimai məkanlar yer alacaq.

Google mənzillərin tam əksəriyyətini əməkdaşlarına pulsuz paylayacaq.


Xəbərə aid fotolar