Neftçi-nin seriyası qırıldı


İdman 11 Dek 2018 14:29:00 847 0

Neftçi-nin seriyası qırıldı

Goal.az-ın PFL-in saytına istinadən xəbər verir ki, belə ki, əvvəlki 13 oyunda rəqib qapılarına yol tapan paytaxt təmsilçisi Sumqayıt-la matçda qol vura bilməyib - 0:0. Bununla da bakılıların 21 oyunluq seriyası qırılıb. Neftçi ötən mövsümün son 8 oyununda da qol sevinci yaşamışdı. 

Topaz Premyer Liqasının lideri Neftçi mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib.

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün martın 14-də Qarabağ-la evdə keçirilən görüşdə qolsuz qalmışdı. Həmin oyun da 0:0 hesabı ilə başa çatmışdı. Bakılılar bu 21 matçda ümumilikdə 41 qol vurub.