Dairəvi yolla mərkəzi birləşdirəcək yeni LAYİHƏ


Digərləri 11 Dek 2018 14:16:56 348 0

Dairəvi yolla mərkəzi birləşdirəcək yeni LAYİHƏ

Bakı Dairəvi yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək yeni çəkilən yolda işlər yekunlaşmaq üzrədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Şöbə rəisinin sözlərinə görə, yolun tikintisi ilə bağlı 100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb:

"Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir. Ümumilikdə yolun uzunluğu 1,3 kilometr, eni isə 18,5 metrdir. Yol tikintisi ilə əlaqədar 91 maneə aradan qaldırılıb. Bunlar yaşayış, qeyri-yaşayış və torpaq sahələridir. Həmin əmlakların sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilib".


Xəbərə aid fotolar