Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub


Digərləri 11 Dek 2018 14:10:00 466 0

Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub

Min illər əvvəl - təxminən eramızdan əvvəl 2000-ci ildə köçəri çobanlar vaxtlarını bugünkü ailələrin əksəriyyəti kimi keçirib: bir araya gəlib, masaüstü oyunlar oynayıb...

Azərbaycanlı arxeoloqlar Qobustan dövlət tarixi-bədii qoruğunda fərqli oyuqların olduğu qədim qayalar haqda çoxdan məlumatlıdırlar. Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Kristin isə son araşdırmaları zamanı bu oyuqları, onların niyə məhz həmin bölgədə olduğunu izah edir.

Kristin fikrincə, qayaların üzərindəki oyuqlar "tazılar", "çaqqallar" və ya "58 xana" masaüstü oyunu ilə oxşarlıq təşkil edir. Onlar qədim Misirdə, Anadoluda və Mesopatamiyada da aşkar olunub. Güman ki, bu oyunun ən məşhur nümunəsi arxeoloq Hovard Karter tərəfindən Misir fironu IV Amenemhetin məqbərəsindən tapılandır. IV Amenemhet təxminən 3800-cü il əvvəl yaşayıb.

"Bu oyun gözlənilmədən ən müxtəlif məkanlarda aşkar olunur", - deyə arxeoloq Krist bildirir. Onun sözlərinə görə, həmin oyunun ən qədimi Misirdə aşkarlanıb. Lakin onun da bu oyunların ən qədimi olduğunu demək çətindir: "Çünki başqa ölkələrdə hələ "ən qədim" deyə biləcəyimiz oyunlar tapıla bilər. Görünən odur ki, o, müxtəlif bölgələrdə yayılıbmış".

Bu oyunun necə yayıldığı, necə oynandığı sirr olaraq qalır. Bəzi arxeoloqlar hesab edir ki, o, toxumlarla və ya daşlarla oynanılıb və nərdə bənzəyib. Ehtimala görə, daşlar və ya toxumlar xanalarda müxtəlif istiqamətlərə sürüşdürülürmüş. Bəziləri düşünür ki, onun sümüklə oynandığı da istisna deyil. Amma buna dair sübutlar yoxdur.

Ümumiyyətlə, qədim oyunların necə oynandığını başa düşmək demək olar mümkün deyil. Çünki onlar zaman keçdikdə çox dəyişikliyə uğrayıb. Gələcəkdə də arxeoloqlar bizim bugünkü oyunları necə oynadığımızı başa düşməyə bilər.

"Təsəvvür edin, gələcəkdə "Monapoliya" oynu, onda istifadə edilən kartlar, kiçik papaq və ayaqqabı aşkar olunur, lakin bu haqda heç bir yazılı mənbədə məlumat olmur", - deyə tarixçi Ulrix Şedler bildirir: "Bu halda heç kəs "Monapoliya"nın qaydalarını bütün detalları ilə anlaya bilməz".